Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Bal-maskarad” operası oynanılacaq
Oktyabrın 3-dən 7-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin üçpərdəli “Bal-maskarad” operası nümayiş etdiriləcək.
Frame.az teatrın saytına istinadla xəbər verir ki, oktyabrın 4-də və 6-da səhnə əsərində Ameliyanın partiyasını Azərbaycanın Xalq Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.