Faydamız OlsunLəzzətli Bölüm

Brokkoli yoxsa limon?

Kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitki, qızılgül adlanan tünd-yaşıl çiçəklər üçün becərilir. Əsasən İngiltərədə, İspaniyada və İtaliyada becərilir. 100 qr brokkoli-25 kkal.

Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var. Brokkolinin müntəzəm istehlakı stresə qarşı əla bir silahdır.

Brokkoli vitaminlərin və mineralların, xüsusilə də kaliumun, folio turşusunun, dəmirin, beta karotinin və kükürd birləşmələrinin zəngin mənbəyidir – vitamin və mineral bombasıdır. Brokkoli yeməklə biz immun-müdafiə sistemimizi aktivləşdiririk, anemiyanın, infeksiyaların, qara ciyər xəstəliklərinin, xərçəng xəstəliyinin qabağını alırıq. Bütün bunlardan başqa, brokkoli həm də qocalma prosesini yavaşıdır!

Brokkolinin tərkibində döş xərçənginin inkişafını yavaşıda bilən sulforafan adlı birləşmə var. O xərçəng hüceyrələrinin bölünməsini bloklaşdırır və xəstəliyin sonrakı inkişafının qabağını alır.

Brokkolidə C vitaminin miqdarı limondakı ilə eynidir.

Brokkolinin vətəni Aralıq dənizi hövzəsidir. Onun adı italyan brokko sözündən əmələ gəlib ki, bu sözün mənası “budağ” və ya “zoğ” deməkdir. O, qədim zamanlardan becərilmişdir, lakin Avropada ancaq 16-cı əsrdə populyar olmuşdu. İtalyan mühacirləri brokkolini Amerikanın Birləşmiş Ştatlarına gətirmişdilər. Məhz ABŞ-dan başlayaraq I Dünya Müharibəsindən sonra brokkoli yenə populyarlıq qazanıb.

Ekran mədəniyyətində brokolidən ən xoşagəlməz tərəvəz kimi istifadə olunur. Bir çox komediya şoularında və uşaq cizgi filmlərində brokoli yeməyin ən az bəyənilən hissəsi və xoşlanılmayan tərəvəz kimi təqdim olunur. Əgər siz də uşaq ikən buna inanmısınızsa və brokolini nahar zamanı qarnitur və ya salatda inqrediyent kimi xoşlamaqda çətinlik çəkirsinizsə bizdə bunun həlli var.

Brokkoli smuzi və kokteyl üçün əla inqrediyentdir. Onu sevimli meyvələrinizlə qarışdırın və bu vitaminlə zəngin içkinin necə dadlı olmasını kəşf edin.

Məsələn:

1 ədəd donmuş banan

Bir neçə ədəd donmuş çiyələk

4 ədəd donmuş brokoli çiçəyi

Bir neçə qaşıq vanilli qatıq (əldə etmək istədiyiniz qarışığın növündən asılı olaraq)

1/2 xörək qaşığı yumşaldılmış yerfındığı yağı

1/4 fincan soyuq su

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!