EkologiyaEventsFrame LifeSosialTəqdimat

Bu ilki sahilyanı ərazilərdə təmizləmə aksiyası daha geniş və fərqli oldu

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində baş tutan ekoloji aksiya ötən illərdən fərqli olaraq maksimum iştirakçı sayı, daha çox tərəfdaş və ən əsası tullantıların çeşidlənməsi ilə ötən ilki aksiyalardan fərqlənib.

Bu il sözügedən aksiyayamaksimum sayda iştirakçı cəlb olunub, belə ki, 600-dən artıq insan sahilyanı ərazini5 tona yaxın tullantıdan təmizləyib. Tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü çıxış edirlər, aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Radio”, “Xəzər TV”, “AzEkol” MMC, “Green Baku”, AFFA, “Baku Expo 2025”, “Alliance Asisst Group”, “Toyota” Bakı Mərkəzi, “Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.Bildirək ki, tədbirin informasiya dəstəyi Xəzər TVvə ASAN Radio tərəfindən həyata keçirilib.

 Uzun illərdir ki, dünyanın bir çox ölkəsi hər il 15 sentyabr tarixini Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik GünüYer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir iştirak edir.

 “Artıq doqquzil ardıcıl olaraq “Coca-Cola” və ölkənin bir sıra nüfuzlu şirkət və təşkilatları ekoloji aksiya keçirərək Xəzər dənizinin sahillərini tullantılardan təmizləyir. Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Aksiya çərçivəsində sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyə bildik. Yüzlərlə insanların könüllü olaraq sahilyanı əraziləri təmizləməsinin böyük maarifləndirici əhəmiyyəti var. Sözügedən tədbir artıq bayrama çevrilib və onun sayəsində təbiət təmizlənir”, – deyə “Coca-Cola” şirkətinin Qafqaz üzrəictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

 “Bu il aksiya ilə bağlı daha geniş məlumatlandırma kampaniyası həyata keçirilib, daha çox iştirakçı cəlb olunub.  Hər il daha çox insanın bu ekoloji aksiyaya qoşulduğunu görmək bizim üçün çox sevindirici haldır. Hər il bizə qoşulan yüzlərlə gəncimiz ətraf mühitin tullantılardan təmizlənməsinə nə qədər həssas yanaşırlarsa, dəniz sahillərini çirkləndirənlər də bu məsələyə o qədər həssas yanaşmalıdırlar. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də rəngarəng proqramı ilə böyük bir bayramdır. Bakcell şirkəti isə öz növbəsində qarşıdakı illərdə də bu böyük  layihəyə dəstək verməyə hazırdır“, – deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

 “Təbiətin ölkəmizə bəxş etdiyi Xəzər dənizinə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinəni bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifədir. Aksiya zamanıkönüllülərin təlimatlandırılması, tullantıların çeşidlənməsi, tullatılarınyenidən emala və ya poliqona çatdırılması şirkətimiz tərəfindən həyata keçirilmişdir. Bu gün bu aksiyada iştirak edərək ekoloji rifah naminə birgə hərəkət etmək bizim üçün böyük məmnuniyyətdir”, – deyə “AzEkol” MMC-nin rəhbəri Ruslan Ağayev bildirib.

“AzEkol” MMC tərəfindən təqdim olunmuş məlumata əsasən toplanılmış tullantıların bölgüsü aşağıdaki kim olmuşdur: 1547 kq qida qalıqları və tikinti materialları, 1345 kq şüşə, 275 kq plastmas, 82 kq karton və kağızı, 33 kq allüminium tənəkələri və 1500kq digər tullantılar yer alıb.

“Ötən il ”ASAN könüllüləri” tərəfindən irəli sürülmüş “Yaşıl ASAN” təşəbbüsü çərçivəsində təşkil olunan Mərdəkan sahilyanı təmizlik aksiyasında ilk olaraq 400 nəfər “ASAN könüllüsü” iştirak edib. Lakin artıq bu il ekoloji aksiyada 500-dən çox könüllümüzlə Xəzər rayonunda sahilyanı ərazini məişət tullantılardan təmizlənməsində iştirak edib. Düşünürəm ki, aksiyada iştirak etmiş yüzlərlə gənc bu təşəbbüslə həm də sosial məsuliyyətlərini dərk etmiş oldular. Gələcəkdə də bu cür təşəbbüsləri dəstəkləməyə hazırdırlar”, – deyəASAN Xidmət agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bildirib.

 Xəzəri Qoruyaq!” şüarı altında Bilgəh çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 5 tona yaxın tullantıqismən emala göndərilib, qalan hissəsi isəBalaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunmuşdur.

Qeyd edək ki, Azərbaycanda son 9il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq“Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!