Buz kimi sərinlik
Təqdim edəcəyimiz Buzlu Qəhvəli Kokteyllə isti hava heç vaxt problem deyil. Cəmi 10 dəqiqəyə buz kimi sərin içkini hazırlaya bilərsiniz.
Bunun üçün sizə lazım olan ingridiyentlər:
50 ml soyuq qəhvə
2xörək qaşığı vanilli dondurma
1/4 çay qaşığı kakao tozu
6 dilim tünd şokolad
3 buz parçası
dondurma
tünd şokolad
darçın
Mikserdə soyuq qəhvə, vanilli dondurma və dilim şokoladı yaxşıca qarışdırın. Sonra buz əlavə edib yenidən qarışdırın.
Qarışığı qədəhlərə doldurun, dondurma və darçınla bəzəyin.
Nuş olsun!