“Çəhrayı pantera” adlı xeyriyyə aksiyası keçirilir
Noyabr ayı ərzində Hyatt Regency Baku mehmanxanasında “Çəhrayı pantera” (Pink Panther Tea Lounge) adlı xeyriyyə aksiyası keçirilib.
Aksiyanın məqsədi Azərbaycanda uşaqların sosial problemlərinə diqqət ayrılmasına yönəlib.
Frame.az-ın verdiyi məlumata görə aksiya Hyatt Regency-nin yenilənmiş lobbisində UAFA-nın (United Aid For Azerbaijan) birgə təşkilatçılığı ilə həyata keçirilib. Otelin lobbisində hər cür pirojna və şiniyyatlar, müxtəlif növ çay, eləcə də qəlyanaltılardan ibarət çay süfrəsi təqdim edilib. Çay süfrəsinin adambaşını düşən qiyməti 15 manat təşkil edib. Bu aksiyada toplanan vəsait UAFA-nın Uşaq Fondu Proqramına köçürülüb.
“Hyatt Regency Baku-nun təşəbbüsü Hyatt Thrive qlobal korporativ platformasının davamıdır. Bu platforma Hyatt korporsiyanın olduğu dünyanın bütün ölkələrində yerli cəmiyyələrin rifah və inkişafına təkan verir. Bizim insanlara qayğı göstərmə öhdəliyimiz fəaliyyət göstərdiyimiz hər ictimaiyyətə uzanır.Biz dünyanın dört bir yanındakı evlərin hərəkətli, inkişaf edən məkanlar olmasını iistəyirik “deyə Hyatt Regency Baku-nun baş direktoru Walter Gag bildirib.
Qeyd edək ki,aksiya hər çərşənbə saat 16.00-dan 21:00-a qədər Hyatt Regency Baku-nun yeni təmirli foyesində keçirilir. Fəaliyyət ilin sonuna qədər davam edəcək.