“Carlsberg Azerbaijan” şirkəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşılıqlı anlaşma haqqında memorandum imzaladı
İyun ayının 12-si “Carlsberg Azerbaijan” pivə zavodunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə ölkənin ən böyük pivə şirkəti “Carlsberg Azerbaijan”Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzaladı. Memorandum ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə edilməsi sahəsində kooperasiyaya yönəldilən üç illik əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, zavod istismara 1969-cu ildə verilib və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997–ci ildə “Qrup Kastel” şirkəti zavodu almış və 2000-ci ildəMilli Lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi baş tutub. 2008-ci ildə zavod “Carlsberg Group”un bir hissəsi oldu.
Ətraf mühitin qorunması sahəsində fəaliyyət “Carlsberg Group”undayanıqılı inkişaf proqramı olan “Birlikdə SIFIRA Doğru”unbir hissəsidir. Belə ki,“Carlsberg Group”un bütün şirkətləri öz ambisiyalı hədəflərini proqram çərçivəsində bu istiqamətlərdə reallaşdırmağa cəhd göstərirlər: SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə. Qeyd edək ki, son 3 il ərzində “Carlsberg Azerbaijan”təbii qaz istehlakını 34%, su istehlakını 43%, elektrik enerjisini isə 33% azaltmağa nail olub.Bundan əlavə, şirkətdə tullantıların ayrı toplanması da həyata keçirilir.
“Carlsberg Group”gündəlik tələbat mallarının istehsalçıları arasında ekoloji qablaşdırma texnologiyalarının təkmilləşdirilməsi sahəsindəki pionerlərdən biridir.2018–ci ildə “SnapPack” multipakları üçün plastik kütlənin istifadəsini hər il 1200 ton azaltmağa imkan verən inqilabi qablaşdırma buraxılıb, həmçinin şirkət daha əvvəl biomateriallardan hazırlanmış ekoloji butulkanın (Green Fiber Bottle) istehsalını daelan etmişdir. Bundan əlavə, “Carlsberg Group”a daxil olan İsveç pivə şirkəti Falkenberq dünyada ilk karbon-neytral pivəhazırlayanlardan biridir.
Vyaçeslav Maltsev, “Carlsberg Azerbaijan” şirkətinin Baş Direktoru: “Mən çox şadam ki, zavodumuzun 50 illik yubileyində biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi iləqarşılıqlı anlaşma və əməkdaşlıq barəsində memorandum imzalayırıq. Bu, bizim yarıməsrlik tariximizin və şirkətin Azərbaycanda gələcəkdə düzgün inkişafının vektorunu simvolizə edir.”
Frame.az