EkologiyaEventsSosialTəqdimat

“Carlsberg Azerbaijan” və “Green Baku” Bakı Mühəndislik Universitetinin ərazisində xiyaban saldılar

14 mart, Novruz bayramı ərəfəsində, Carlsberg Azerbaijan pivə istehsalı şirkəti Green Baku ekoloji təşkilat ilə birlikdə Bakı Mühəndislik Universitetinin ərazisində zeytun ağaclarının əkinini təşkil etdi. Pivə istehsalı zavodunun 50 illik yubileyinə həsr olunmuş aksiya Carlsberg Azerbaijan tərəfindən təşkil olunmuşdur.

Tədbirin əvvəlində Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov Carlsberg Azerbaijan-a təşəbbüsünə və ətraf mühitə göstərilən qayğıya görə təşəkkürünü bildirdi. Öz növbəsində, Carlsberg Azerbaijan şirkətinin baş direktoru Vyaçeslav Maltsev gələcək nəsillər üçün ətraf mühitin qorunub saxlanması üçün müxtəlif sənayelərin nümayəndələri arasında əməkdaşlığın və birgə işin vacibliyini vurğuladı. V. Maltsev həmçinin qeyd etdi ki, ətraf mühitin qorunması Carlsberg Group-un fəaliyyətinin tərkib hissəsidir. Belə ki, 2017-ci ildə Carlsberg Group “Birlikdə SIFIRA Doğru”uzunmüddətli dayanıqlı inkişaf proqramını hazırladı, onun əsas istiqamətlərinə atmosferə karbon tullantıların azaldılması və planetin su ehtiyatlarının qorunması da daxil edilmişdir.

Aksiyada Bakı Mühəndislik Universitetinin tələbələri, Carlsberg Azerbaijan şirkətinin əməkdaşları, Green Baku təşkilatının üzvləri iştirak etmişdilər. Aksiya zamanı 200-dən çox ağac əkilmişdir.

Qeyd edək ki, Carlsberg Azerbaijan həm ekoloji layihələrə, həm də yerli icma ilə qarşılıqlı əlaqəyə böyük diqqət ayırır. Beləliklə, 2018-ci ilin mart ayında şirkət ekoloji breyn-rinq təşkil etmiş, həmin ilin iyul ayında Abşeron rayon Gözdən Əlillər Cəmiyyətinin üzvləri olan 100 ailənin nümayəndələrinə yardım etmişdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!