Çempionlar Liqasının son qalibi turnirdə mübarizəni dayandırıb
Martın 11-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin növbəti cavab görüşü keçirilib.
Frame.az xəbər verir ki, turnirin son qalibi “Liverpul” öz meydanında “Atletiko Madrid”i qəbul edib.
Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Yürgen Kloppun yetirmələri öz meydanlarında Vaynaldumun vurduğu qol sayəsində oyunun əsas vaxtında eyni hesabla qalib gəliblər. Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb.
Əlavə edilmiş yarım saat ərzində üç dəfə fərqlənən “Atletiko Madrid” futbolçuları görüşdən 3:2 hesabı ilə qalib ayrılıb və dörddəbir finala yüksəliblər. Qonaqların heyətində Llorente (2) və Alvaro Morata fərqləniblər. Ev sahiblərindən isə Firmino adını tabloya yazdırıb.
Beləliklə, Çempionlar Liqasının son qalibi mübarizəni erkən dayandırıb.