“CinemaPlus Ganjlik Mall” kinoteatrında Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.
Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi sohbət ediblər.
“CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.
Uşaq evlərinin sakinləri 2017-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman”animasiya filmini “ CinemaPlus Ganjlik Mall”-da izləyiblər.
Frame.az