“CinemaPlus” komandası “MFL”-in qrup mərhələsinin çempionu olub
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin futbol komandası MFL həvəskar turnirində A konfransının qalibi olub. Komanda 27 oyundan 24-də qalib gəlib və turnirin play off mərhələsində çıxış etməyə hazırlaşır.
Komandanın təsisçisi və kapitanı Şaiq Qəribzadədir. Komandanın ən yaxşı bombardiri isə Ceyhun Şirinlidir.
“Mini-futbol liqası” Azərbaycanda həvəskar-futbolçular üçündür. Bu unikal idman layihəsi futbolla maraqlanan geniş auditoriya üçün nəzərdə tutulub.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.
Frame.az