“CinemaPlus”qayıtdı!
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarına əsasən “CinemaPlus” kinoteatrlar şəbəkəsi oktyabrın 1-dən fəaliyyətə başladı.
Bu əlamətdar tarixlə əlaqədar“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrı sevimli tamaşaçıları xüsusi bir sürprizlə qarşılamaq qərarına gəldi və musiqi festivalı təşkil etdi.
Kinoteatrın foyesi Helium Baku şarları ilə bəzədilmişdir.
Tədbiri “Merry Band” peşəkar instrumental musiqi qrupu başladı. Musiqili müşayiətlə Tatyana Dolivetsin başçılıq etdiyi film qəhramanları obrazlarında olan animatorlar, əllərində kinoteatrın bayraqlarını və şarları saxlayaraq Ticarət Mərkəzində yürüş etdilər.
Bayram, məşhur film və cizgi filmlərindən mahnıları ifa edən “Avanqard” kamera orkestri tərəfindən tamamlandı.
Foto və video çəkiliş “Light in Black” kreativ şirkəti tərəfindən aparılıb.
Qonaqlar və tamaşaçılar bayrama böyük məmnuniyyətlə qatılırdılar.
“CinemaPlus” öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirmişdir.
Qeyd etmək istərdik ki,“CinemaPlus” kinoteatrlar şəbəkəsində oktyabr ayında ən gözlənilən premyeralar olacaq: “Ölmək vaxtı deyil”, Venom 2, “Dyuna”, Addams Ailəsi 2, Halloween öldürür, Düzəlməz Ron.
“CinemaPlus” – yüksək görüntülü rəqəmsal proyeksiya sisteminə malik və 3D kontentini nümayiş etmək imkanı olan kinoteatrlar şəbəkəsidir. Həmçinin, premium keyfiyyətli kinoekranlar, böyük parlaqlıq və “Enchanced 4KBarco” dəqiq görüntü texnologiyası sayəsində kinofilmləri ən yaxşı və ən yüksək keyfiyyətdə nümayiş etmək imkanı verir.
Bundan başqa “CinemaPlus” ilk dəfə Azərbaycanda Dolby Atmos dünya sistemini tətbiq etmişdir. “CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 50-dən çox ekran və 5 000-dən çox oturacaq daxildir.