Təqdimat

“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qadınların inkişafına dəstək olan “Coca-Cola” şirkəti, qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.

Martın 7-də Sumqayıt Gənclər Evində keçirilən tədbirdə «Coca-Cola» şirkəti və ASAN Könüllülər təşkilatı ASAN Xidmət Mərkəzlərində çalışan gənc xanımları və Sumqayıt şəhərinin bir sıra fəal xanımlarını təbrik etmişlər. Tədbir Coca-Cola Fondu və ASAN Könüllülərinin birgə həyata keçirdikləri “AIM-W” layihəsi çərçivəsində xanımlar üçün “Turizm və sahibkarlıq” mövzusunda keçirilən silsilə təlimlərin son günündə baş tutmuşdur. Təlimləri uğurla başa vuran xanımlara hədiyyələr və Türkiyəli mütəxəssislər tərəfindən sertifikatlar təqdim edilmişdir.

Tədbirdə çıxış edən “Coca-Cola” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elşad Fərzəliyev şirkətin qadınların inkişafına verdiyini önəmdən danışıb və gənc xanımları təbrik etmişdir. “8 Mart Beynəlxalq Qadınlar Günündə hamımız ictimai, siyasi, iqtisadi, idman və mədəniyyət kimi müxtəlif fəaliyyət sahələrində xanımların nailiyyətlərini qeyd edirik. Elmi araşdırmalar göstərir ki, qadınların fəalliğı ilə dünya cəmiyyəti, qlobal iqtisadiyyat, beynəlxalq səhiyyə kimi əhəmiyyətli sferaların inkişafı arasında birbaşa müsbət əlaqə var. Məhz bu səbəbdən “Coca-Cola” şirkətinin sosial inkişaf siyasətinin prioritetlərindən biri qadınların inkişafıdır. “Coca-Cola” şirkəti daxilində və şirkətin fəaliyyətdə olduğu ölkələrdə, o cümlədən, Azərbaycanda qadınların inkişafı, onların iqtisadi imkanlarının güclənməsi üçün müxtəlif proqramlara dəstək oluruq.”

ASAN Könüllüləri salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Sahil Məmmədli könüllü xanımları bayram münasibətilə təbrik etdi və Azərbaycanda genişlənən könüllülük hərəkatından, bu hərəkatda gənc xanımların fəallığından danışdı: “ASAN Xidmət Mərkəzlərinin fəaliyyətinin uğurlu olması və vətəndaşların etimadını qazanmasına təsir edən amillərdən biri inkişafa meyilli vətənpərvər gənclərin könüllü olaraq bu işə qoşulmasıdır. Gənc qızlarımız da oğlanlar kimi bu işdə çox fəaldırlar. ASAN Könüllülər təşkilatı da öz növbəsində gənclərimizin inkişafını daima diqqətdə saxlayır, onlar üçün müxtəlif inkişaf layihələri həyata keçirir. “Coca-Cola” Fondunun dəstəyə ilə artıq iki ildir ki, ölkəmizin müxtəlif bölgələrindən olan 1000-dən artıq gənc xanıma biznesin inkişafı mövzusunda Türkiyəli mütəxəssislərin köməyi ilə fayadalı təlimlər təşkil edirik. Nəticədə xanımlar karyera hazırlıqlarını gücləndirir, kiçik biznes layihələri icra edirlər.”

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsi, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsi və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Layihə Mingəçevir, Quba, Gəncə, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonalarını da əhatə edir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, layihə çərçivəsində təşkil edilən təlimlər “Turizm və sahibkarlıq” mövzusunu əhatə edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!