“Coca-Cola” Bakıda keçiriləcək BMX üzrə Dünya Çempionatının tərəfdaşı seçilib
“Coca-Cola” şirkəti5-9 iyun 2018-ci iltarixlərində velosiped idmanının BMX növü üzrə Bakıda keçiriləcəkdünya çempionatının tərəfdaşı seçilib. Bu tərəfdaşlığa əsasən,“Coca-Cola” BMX üzrə Dünya Çempionatında iştirak edən 43 ölkədən 1500-dən artıq idmançını su və sərinləşdirici içkilərlə təmin edəcək.
Velosiped idmanının ən gənc növü sayılan, 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilən və hazırda dünyanın ən populyar idman növləri sırasında yer alan“BMX Racing” üzrə dünya çempionatı mötəbər beynəlxalq idman yarışlarına aiddir.Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il noyabrın 15-də velosiped idmanının “BMX Racing” növü üzrə Dünya Çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Çempionatın Bakıda keçirilməsi Azərbaycanın dünya idman aləmində nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək.
”Coca-Cola” Olimpiya Oyunları və FIFA Dünya Çempionatı kimi ən nüfuzlu idman yarışlarının tərəfdaşı olmaqla yanaşı, həmçinin, təmsil olunduğu ölkələrdəki mötəbər idman tədbirlərinə də dəstək olur. Azərbaycanda fəaliyyətdə olduğumuz müddətdə ölkədə keçirilən “Bakı 2015” Avropa Oyunları, “Bakı2017” İslam Həmrəyliyi Oyunları, “Tour d’Azerbaidjan” kimi bütün irimiqyaslı beynəlxalq tədbirlərə dəstək olmuşuq. Ən populyar idman növlərindən sayılan və gənclərin də çox sevdiyi BMX üzrə Dünya Çempionatının tərəfdaşı olmaq bizə çox xoşdur. Əminik ki, bu yarış da Bakının ev sahibliyi etdiyi növbəti möhtəşəm idman tədbiri olaraq dünya velosiped azarkeşləri tərəfindən yüksək qiymətləndiriləcək. Təşkilatçalara, xüsusən də uzun illərdir tərəfdaşlıq etdiyimiz Azərbaycan Velosiped İdmanı Federasiyasına Dünya Çempionatının keçirilməsində uğurlar arzu edirik», – deyə “Coca-Cola” şirkətinin Qafqaz Regionu üzrə İctmaiyyətlə əlaqələr vəkommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.
“Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq fəxr edirik ki, paytaxtımız Bakı BMX üzrə Dünya Çempionatına bu il ev sahibliyi edir. Dünya gəncləri arasında ən populyar idman növlərindən olan BMX yarışının Bakıda keçirilməsi böyük nailiyyətdir. Bu, Azərbaycanın beynəlxalq velosiped idmanı aləmində tanınması və güclü mövqeyinin olmasına sübut, həm də ölkədə velosiped idman növünün inkişafının göstəricisidir. Bilirsiz ki, belə beynəlxalq idman yarışları partnyorlarsız mümkün olmur. Biz çox şadıq ki, dünyanın ən böyük və ən tanınmış sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkəti BMX üzrə Dünya Çempionatının tərəfdaşıdır. “Coca-Cola” artıq 5 ildir ölkəmizdə velosiped idman növünün inkişafına və velosipedin bir həyat tərzinə çevrilməsinə xidmət edən layihələrə davamlı dəstək olur. Federasiyamız adından “Coca-Cola” şirkətinə öz minnətdarlığımızı bildiririk”, – deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev billdirib.
Builki çempionatdamüxtəlif yaş qrupları üzrə43 ölkənin 1500-dən artıq idmançıiştirak edəcək. Proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər yarışacaqlar. İyunun 8-9-da isə gənclər və “Elit” kateqoriyasında mübarizə aparan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.
Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkəti Bakıda keçirilən BMX üzrə Dünya Çempionatına müxtəlif çeşidli sərinləşdirici içkilər təqdim edir. Bunlara “Coca-Cola Klassik” və “Coca-Cola Şəkərsiz”, “Fanta”, “Sprite”, müxtəlif dad çeşidləri olan “Fuse Tea” soyuq çayları, “Bonaqua” suları və “Dogadan” çayları aiddir.
Frame.az