Frame Life

“Coca-Cola” gənc sahibkarlar üçün təlimlər təşkil edib

“Youth Inc.” Sahibkarlıq Proqramıvə “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə Yüksək Texnologiyalar Parkında gənc sahibkarlarvə startaplar üçün təlimlər keçirilib.Bir neçə gün davam edən silsilə seminarlarda 100-ə dək gənc iştirak etmişdir.

Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev gənclərə “Müasir Kommunikasiyalar: Coca-Cola təcrübəsi” mövzusunda seminar keçmişdir. Seminar zamanı kommunikasiya strategiyası, media və hökümətlə əlaqələr, böhranlı vəziyyətlərdə kommunikasiya, şirkətlərdə kommunikasiya və reklam idarəetməsi, korporativ sosial məsuliyyət mövzularında “Coca-Cola” şirkətinin bu sahədə olan geniş təcrübəsini bölüşdü.

Daha sonra,“Coca-Cola” şirkətininƏmək Qanunvericiliyi üzrə məsləhətçisi Toğrul Vəliyev tərəfindən “İşəgötürən və əməkdaş arasında Hüquq Münasibətləri” mövzusunda keçirilən təlimdə iştirakçılaraəmək qanunvericiliyi, işəgötürən və əməkdaşların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibət, o cümlədən “Coca-Cola” şirkətinin insan resursları sahəsində uğurlu təcrübə nümunələri haqqında geniş məlumat verilmişdir.

Təlimlər “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin insan resursları üzrə baş mütəxəssisi Nəcibə Əliyeva Aktaş və insan resursları üzrə təlimçisi Kamil Babayev tərəfindən davam etdirildi. Nəcibə Əliyeva Aktaş “Yüksək performanslı komandanın qurulması” mövzusunu iştirakçılarla müzakirə edərək, onlara yeni praktiki biliklər vermiş, Kamil Babayev isə iş mühitində emosional intellekt mövzusunun əhəmiyyətini vurğulayaraq, əqli intellektlə və emosionalintellekt arasındakı fərqli cəhətləri qeyd edib.

100-dək iştirakçının qatıldığı təlimlərdə sahibkarlıqla məşğul olmaq istəyən və artıq sahibkar olangənclər“Coca-Cola”şirkətinin təcrübəsini həvəslə öyrənmiş, onları maraqlandıran suallara cavab tapmış və müxtəlif mövzuları mütəxəssislərlə müzakirə etmək imkanı əldə etmişlər.

Xatırladaq ki, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı 2013-cü ildə Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti və DVC təşkilatının tərəfdaşlığı ilə rəsmi fəaliyyətə başlamış, 2015-ci ildə isə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin əsasını qoymuşdur. “Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları müxtəlif biznes-layihələr həyata keçirilmiş, xeyli sayda startap dəstəklənmiş və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirakı təmin edilmişdi. Onu da qeyd edək ki, proqram JEUNE və INBIA təşkilatlarının üzvüdür. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!