Covid-19EventsFrame LifeSosialTəqdimat

Coca-Cola Yeni il bayramı ərəfəsində maraqlı sosial kampaniyalar keçirir

Bu il Coca-Cola özünün ənənəvi Yeni il kampaniyasının 100 illiyini qeyd edir, çünki 1920-cu ildə Coca-Cola ilk dəfə olaraq Yeni il bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb. Yeni il bayramının möhtəşəmliyi və bu əlamətdar tarixi nəzərə alaraq Coca-Cola xüsusi bir reklam çarxı təqdim edib və bir sıra maraqlı sosial aksiyalar keçirir. Amma bu sosial layihələri və hətta reklam rolikini digərlərindən fərqli edən bir xüsusiyyət vardır ki, bu da COVID-19 pandemiyası mövzusudur. Çünki bu pandemiya insanları bir çox şeylərə fərqli yanaşmağa sövq etdi.

“Bir sifariş – Bir sevinc” layihəsi

Coca-Cola başladığı sosial aksiyalardan birini ASAN Könüllülər təşkilatı ilə həyata keçirir. Layihənin tərəfdaşı olan “Wolt” qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” bölməsində xüsusi menyudan edilən hər bir sifariş müqabilində Coca-Cola və ASAN Könülləri bir ailəyə ərzaq yardımı çatdıracaq. İki ay müddətində davam edəcək bu kampaniya vasitəsilə 7 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımı çatdırılır. 7 min ərzaq yardımının 1500-ü isə kampaniyanın ilk günlərində Vətən müharibəsi dövründə zərərçəkən ailələrə göndərilir. Bu layihə COVID-19 pandemiyasının təsirinə məruz qalan aztəminatlı ailələr, həmçinin kiçik kafe və restoranlara dəstək olmaq məqsədi daşıyır. Bundan əvvəl də COVID–19 pandemiyası dövründə Coca-Cola ASAN Könüllüləri Təşkilatı ilə birgə “Birlikdəyik” layihəsini həyata keçirib. Layihə çərçivəsində 4 mindən çox aztəminatlı ailə zəruri qida və gigiyena, 20 xəstəxana və 1000-dən çox tibb personalı isə tibbi ləvazimatlar və antiseptik vasitələrlə təmin edilib. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkə ərazisində karantin rejimində çalışan xəstəxanalar üçün 120 min su məhsulunun çatdırılmasını təşkil ediblər.

#yaxshikivarsan aksiyası

Digər maraqlı bir sosial layihə #yaxshikivarsan adlanır. Coca-Colanın “Facebook” və “Instagram” səhifələrində start verdiyi bu aksiya vasitəsilə şirkət hər kəsi pandemiya dövründə bizim təhlükəsizliyimiz, sağlamlığımızın qorunması üçün çalışan və gündəlik həyatımızın normal gedişatını təmin edən bir sıra peşə sahiblərinə təşəkkür etməyə dəvət edir. Qısa müddətdə geniş populyarlıq qazanan bu aksiyaya onlarla blogerlər və yüzlərlə sıravi vətəndaşlar qoşulub. Hər kəs təşəkkür etmək istədiyi peşə nümayəndəsi tapıb ona minnətdarlığını bildirir və birgə şəkil çəkdirərək #yaxshikivarsan həştəqi ilə paylaşır. Onlar həkimlərə, polislərə, jurnalistlərə, sürücülərə, mağaza satıcılarına minnətdarlıqlarını bildirirlər.

#gorkimgelib aksiyası

Coca-Colanın təşəbbüsü olan digər bir sosial aksiya #gorkimgelib adlanır. Sosial mediada davam edən bu çağırış isə insanları çoxdan görmədikləri dostlar, qohumlar, qonşular və yaxınlara baş çəkərək onları yad etmək, bayramlarını təbrik etmək məqsədi daşıyır. Tanınmış blogerlərin iştirakı ilə genişlənən bu çağırış insani dəyərləri yenidən yada salır.

“Məktub” reklam çarxı

Hər il olduğu kimi, bu il də “Coca-Cola” şirkəti Yeni il üçün yeni bir videoçarx hazırlayıb. Yaranan şəraiti nəzərə alaraq bu ilin mövzusu birlik, həmrəylikdir. Coca-Colanın “Məktub” adlı Yeni il reklam kampaniyasının əsas mesajı “Bu bayramın ən yaxşı hədiyyəsi birlikdə olmaqdır” şüarıdır. “Oskar” mükafatçısı olan məşhur Hollivud rejissoru Taika Vaititinin hazırladığı bu reklam çarxının çox maraqlı süjeti var. Coca-Colanın “Məktub” reklam çarxını buradan – https://bit.ly/3aOie3t izləyə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!