EventsIqtisadiyyatTəqdimat

Coca-Colanın “Möcüzə Karvanı”nın Azərbaycan səfəri başlayır

Dünyanın sevilən içki brendi olan Coca-Cola Yeni İl bayramı ərəfəsində ənənəvi, məşhur “Möcüzə Karvanı” ilə insanlara sevinc bəxş etməyə başlayır.

Dekabr ayının son həftəsində yola çıxan “Möcüzə Karvanı” Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinə səfər edərək insanlara musiqi dolu əyləncə və hədiyyələr təqdim edəcək. Parlaq işıqlar, rəngarəng mənzərə və xüsusi musiqisi ilə hər il həyəcanla gözlənilən Karvan ziyarətçilərinin böyük marağına səbəb olur.

Insanları gündəlik həyatda, xüsusən bayram günlərində müsbət və xoşbəxt anları hiss edib dəyərləndirməyə və həmrəy olmağa çağıran Coca-Cola “Həmişəki kimi Yeni İl axşamı birlikdəyik” şüarıyla “Möcüzə Karvanı”nda insanlarla görüşür.

Coca-Cola şirkətinin Qafqaz və Orta Asiya regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, dünyanın bir çox ölkəsində Yeni İl ikonuna çevrilmiş “Möcüzə Karvanı” bu il də ölkəmizə bayram ab-havasını gətirəcək:  “Yüz ildən artıqdır ki, Yeni İl Coca-Cola reklam kampaniyasının ayrılmaz hissəsinə çevrilib. Coca-Cola ənənəvi olaraq hər Azərbaycanda da müxtəlif sosial kampaniyalar həyata keçirir. Fürsətdən istifadə edib Azərbaycan xalqını Yeni İl və Həmrəylik Günü münasibəti ilə təbrik edir, xoş il diləyirəm. Əminəm ki, bu bayram süfrəsində də birlikdə olacağıq”.

Bildirək ki, Coca-Colanın Yeni İl möcüzəsi bununla bitmir. Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında Coca-Cola “Möcüzə Evi”ni və şəhərin ikonik şam ağaclarından birini hazırlayıb. Bundan başqa Coca-Cola bayram ərəfəsində Port Baku Mall-da hazırlanan Nargis City sərgisinin də tərəfdaşıdır.

Xatırladaq ki, 1920-ci ildə Coca-Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayır və bundan sonra Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə, o cümlədən Azərbaycanda  hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!