EventsTəqdimat

“Coca-Cola”nın Yeni il karvanı insanlara bayram sevinci gətirir

“Coca-Cola” şirkəti uzun illərdir davam edən ənənəsinə sadiq qalaraq, bu il də Yeni il karvanı ilə insanlara bayram ab-havası bəxş etmək üçün Azərbaycanın müxtəlif bölgələrinə yola düşüb.

Yeni il dekorasiyaları ilə bəzədilmiş “Coca-Cola” maşınlarından ibarətbayramkarvanıŞaxta Baba və canlı musiqi proqramı ilə birlikdə Azərbaycanın 10şəhərini ziyarət edəcək. Yeni il karvanı ölkəmizin müxtəlif bölgələrinə səfər edərək mərkəzi küçə, meydan və parklarda insanlara əyləncəli proqram təqdim edəcək.Artıq bir Şəki, Mingəçevir, Gəncə, Bərdə, Masallı şəhərlərindən keçən karvan növbəti ilin yanvar ayının 2-dək ölkə səyahətini davam edəcək.

“Yeni il dünyada milyonlarla insanı birləşdirən, hamımız üçün ən sevilən bayramlardan biridir. Bu bayrama insanlar xüsusi olaraq hazırlaşır, ləziz yeməklər bişirir, qonaq dəvət edir və şənlik edirlər. “Coca-Cola” dünyanın bir çox ölkəsində Yeni il karvanı vasitəsilə əhalini bayram münasibətilə təbrik edir. Biz də “Coca-Cola” olaraq xalqımızın bayram əhval-ruhiyyəsinə sevinc qatmaq üçün ölkəmizin müxtəlif bölgələrinə Yeni il karvanı yolladıq. “Coca-Cola” ailəsi adından hər kəsi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılıarının Həmrəyliyi Günü munasibətilə təbrik edir, xalqımıza firavanlıq arzulayıram”, – deyə “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

Bu ilki karvan “Bir yaxşılıq et” şüarı altında hərəkət edir. Bu şüar insanları həmrəyliyə, mehriban olmağa, xeyirxahlığa və köməyə ehtiyacı olanlara yardım etməyə səsləyir. Onu da qeyd etmək lazımdır ki, “Coca-Cola”nın Yeni il karvanı ziyarət etdiyi şəhər və rayonlarda “ASAN xidmət” mərkəzlərində çalışan könüllülərə də baş çəkərək onların bayramlarını təbrik edib, vətəndaşlara dəstək olduqları, həmçinin,“Coca-Cola” şirkətinin dəstəklədiyi müxtəlif sosial layihələrdə fəal iştirak etdikləri üçün könüllülərə xüsusi diqqət ayırıb.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!