Site icon Frame.az

Evdə Sadə formada asanlıqla hazırlaya biləcəyiniz mükəmməl və dadlı Çörək

Bildiyiniz kimi karantin günləri davam edir.

Biz də evdə özümüz bişirə biləcəyimiz çörək resepti ilə qarşınızdayıq.

Sınayın. Mütləq bəyənəcəksiniz..

Tərkibi
400 gr  un
1 çay qaşığı duz
2/1 çay qaşığı quru maya
150 / 200 ml su
Üzəri üçün
Ət otu  ( Rozmarin )
Cirə
Hazırlanma qaydası
Un, duz, maya və suyu qarışdırıb xəmiri yoğururuq. Daha sonra 2.5 – 3 saat mayalanmaya qoyuruq. Xəmir mayalandıqda sonra kenarlardan içəri doğru 10 dəfə qatlayıb yenidən 30 – 35 dəqiqə mayalanmaya qoyuruq. Həmin vaxt ərzində sobanı 250 dərəcəyə gətirirsiz və çörəyi bişirəcəyimiz yapışmayan və ya şüşə qazanıda sobayla birgə qizmaqa qoyuruq. Xəmir hazır olduqdan sonra Qazanın içərisinə əlavə edib 30 dəqiqə qapağı bağlı şəkildə sobaya qoyuruq. 30 dəqiqədən sonra daha 15 dəqiqə qapağı açıq şəkildə bişiririk .  Nuş olsun.
YouTube Kanalında Video a baxa bilərsiz–
https://www.youtube.com/watch?v=AAj2STY5e3I&t=42s
Frame.az
Exit mobile version