Idman

Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku Turnirinin ilk mərhələsi keçirilib

18 Dekabr 2017-ci il tarixdə Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku Turnirinin ilk mərhələsi keçirilib. İlk mərhələdə Omar Çövkən Komandası Şəki Çövkən Komandası və Elit Çövkən Komandası Bərdə Çövkən Komandası ilə üz-üzə gəlib. Turnirin ilk oyunuda Şəkidən olan heyət yeni yaradılmış Omar komandasının qarşısında aciz qalıb. Hesab qonaqların xeyrinə 2-1 olub. Günün ikinci oyununda isə yeni yaradılan Elit komandası Bərdəliləri 2-0 hesabı ilə məğlub edib. 17 Dekabr 2017-ci il tarixdə Təşkilat Komitəsi tərəfindən atılan püşkə əsasən 19 Dekabr 2017-ci il tarixində daha iki oyun keçiriləcək. Günün ilk oyununda Ağdaş İsmayıllı ilə, ikinci oyunda isə Gəncə Şəmkir ilə mübarizə aparacaq. Turnirin ən vacib məqamlarından olan 20 Dekabr 2017-ci il oyunlarında isə 4 oyunun keçirilməsi nəzərdə tutulub. Əsasnamədə də qeyd olunduğu kimi A qrupuna aid olan ən güclü 4 komanda – Polad, Sərhədçi, Ağstafa və Ağcabədi Çövkən Komandaları məhz həmin gün 4/1 finalda öz rəqiblərini qarşılayacaqlar. Bu günki oyunların nəticələrinə əsasən Polad Elit komandası ilə, Omar isə Ağstafa komandası ilə qarşı qarşıya gələcək. Sabah, yəni 19 Dekabr 2017-ci il tarixdə keçiriləcək 2 oyunun nəticəsinə görə isə Sərhədçi komandasının rəqibi Ağdaş – İsmayıllı görüşünün qalibi, Ağcabədinin rəqibi isə Gəncə-Şəmkir görüşünün qalibi olacaqdır. 20 dekabrda keçiriləcək 4/1 final oyunlarından qalib ayrılan 4 komanda Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində yarımfinal və final oyunlarında iştirak üçün yola düşəcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!