Dəyirmi masa layihəsinin növbəti tədbiri Seyid Şuşinskiyə həsr olunacaq
Muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu dəyirmi masa layihəsinin növbəti tədbiri aprelin 12-də keçiriləcək.
Frame.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) reallaşacaq layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır. Layihənin budəfəki mövzusu Seyid Şuşinski yaradıcılığına həsr oluanacaq. “Seyid Şuşinski – ustad-xanəndə, böyük müəllim” adlı tədbirdə onun tələbəsi, Nəriman Əliyevin konsertmeysteri kimi çalışmış Xalq artisti, professor Möhlət Müslümov, “Seyid Şuşinski” sənədli filmində S. Şuşinskinin gənclik obrazının ifaçısı, Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar artist, tarzən Valeh Rəhimov və digər sənət adamları iştirak edəcəklər.
Tədbirdə Xalq artisti Aygün Bayramova, BMM-in solistləri Əməkdar artist İlkin Əhmədov və xanəndə Məmməd Nəcəfovun ifaları təqdim olunacaq.