Dadlı pürenin sirləri
Püre ən tez-tez istifadə olunan qarnirdir. Püreni hamı xoşlayır — uşaq da, böyük də. Lakin dadlı püre hazırlamaq üçün bəzi vacib qaydaları bilmək lazımdır.
1. Təzə kartofdan püre bişirilmir. Püre üçün köhnə kartof götürülür.
2. Kartofu orta tikələrə doğrayın və yaxşı bişirin. Artıq suyu süzün və kartofu vam odda bir qədər saxlayın. Bu halda püre daha yumşaq və kövrək alınır.
3. Kartofu bişirdikdən dərhal sonra əzmək lazımdır. Kartof isti olmalıdır.
4. Dadlı püre hazırlamaq üçün kartofa isti süd və kərə yağı əlavə edin.
5. 1/2 kq kartof üçün 50 qr kərə yağı götürülür.
6. Püreni bişirdikdən dərhal sonra yemək lazımdır. Soyumuş püreni qızdırdıqda püre dadını itirir.
7. Püreyə qızardılmış soğan, xırda doğranmış sarımsaq, şüyüd, qoz əlavə etmək olar. Bu pürenin dadını yaxşılaşdırır.
Frame.az