IdmanTəqdimat

Daha üç taekvondoçumuzun dünya çempionatında ilk rəqibləri bəlli olub

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günün püşkü atılıb. Püşkə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Frame.az xəbər verir ki, çempionatda 80 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxacaq Əliəskər Əliyev 1/16 finalda Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandamızın digər üzvü Taleh Süleymanov (87 kq) da mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün güclüsünü sınağa çəkəcək.

Qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Mayın 31-də bu üç çəki dərəcəsi üzrə döyüşlərə saat 09:00-da start veriləcək.

Qeyd edək ki, millimizin üç üzvü – Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!