Site icon Frame.az

Daşkənddə səkkiz ton ağırlığında özbək plovu hazırlanıb

Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı çərçivəsində 8 ton ağırlığında hazırlanan özbək plovu “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bununla əlaqədar özbək tərəfinə müvafiq sertifikat təqdim olunub.

“Ginnesin Rekordlar Kitabı”na düşmək üçün hazırlanan plov dünyada ən böyük plov adını qazanıb. Səkkiz tonluq plovun hazırlanmasında Özbəkistanın hər yerindən 50 aşpaz iştirak edib.

Plovun hazırlanmasına 1500 kiloqram qoyun, 450 kiloqram mal əti, 400 kiloqram bitki yağı, 200 kiloqram quyruq yağı, 1900 kiloqram düyü, 270 kiloqram kök, 220 kiloqram soğan, 57 kiloqram duz, 350 litr su, həmçinin müxtəlif ədviyyatlar işlənib.

Xatırladırıq ki, xüsusi olaraq Özbəkistanda hazırlanan böyük qazanın diametri 4,2 metr, ağırlığı 7070 kiloqram, dərinliyi 1,5 metrdir.

Qeyd edək ki, Festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edib.

Exit mobile version