Dəniz Mall-un açılışının 2 illiyi münasibətilə media nümayəndələri üçün info-tur keçirilib
10 mart tarixində Dəniz Mall-un açılışının 2 illiyi münasibətilə ticarət və əyləncə mərkəzində media nümayəndələri üçün media-tur təşkil edilmişdir.
Tədbirdə ölkənin bir çox media qurumu və agentliklərinin nümayəndələri iştirak etmişlər. Sevilən brendləri və yeni əyləncə konseptlərini özündə birləşdirən Dəniz Mall 12 Mart 2020-ci ildə qapılarını öz ziyarətçiləri üçün açıq elan etmişdir.
Təəssüf ki, açılışı Covid-19 pandemiyasının sərtləşdiyi ərəfəyə təsadüf edən ticarət və əyləncə mərkəzinin böyük açılış planları təxirə düşmüş və cəmi bir həftə sonra Dəniz Mall müvafiq qərara əsasən fəaliyyətini dayandırmışdır. Media tur “İlPatio&PlanetSushi” restoranında tanışlıq və tort kəsimi ilə başlamışdır.
Bundan sonra qonaqlar “OnTop” boulinq mərkəzində təcrübəli boulinq oyunçusundan uğurlu atışların sirlərini öyrənmiş və daha çox körpələrin sevdiyi Happyland əyləncə mərkəzinə baş çəkmişlər.
Qonaqların bir sonrakı dayanacağı “Flash Kart” meydançası oldu.
Qonaqlar ən müasir texniki təchizatlara sahib kartları sınaqdan keçirdi, “Lazer Tag”-ın sirli labirintlərində rəqib komandaya qalib gəlməyə çalışdılar və Dəniz Mall-un 3-cü və 5-ci mərtəbələrində yerləşən “Slide” sürüşkənində əsl adrenalin yaşadılar.
Növbəti səyahət “Kinderland” şəhərciyinə oldu! Azərbaycanın ilk təhsilyönümlü uşaq əyləncə mərkəzi olan “Kinderland”-ın Bakının kiçik modelini xatırladan küçələrini dolaşdılar və uşaqların əylənərək öyrəndiyi fəaliyyət sahələri ilə tanış oldular. Və əlbəttə sırada mətbəx də var idi!
Qonaqlar özlərini “CÀSÀ” – Azərbaycan Kulinariya Sənətləri Mərkəzində kulinariya master klasında sınadılar və hazırlanan təamları daddılar. Media nümayəndələrinin növbəti dayanacağı ölkənin ilk 4DX texnologiyası sayəsində filmi izləyicilərinə yaşadan “Cinema Plus” kinoteatrı və “Sky Park”-da ayaqları yerdən kəsən batut əyləncəsi olub.
Sonda qonaqlar üçün Dəniz Mall-da xüsusi musiqili fontan şousu nümayiş edilib və xatirə şəkilləri çəkdirilib.