Təqdimat

Diplomatik brifinq təşkil edilib

Bu gün, Bakı 2017 İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Bulvar Otel”də  60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib.

Brifinq zamanı diplomatik nümayindəliklərə oyunların təhlükəsizlik və akreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçirilicək idman yarışları haqqında da məlumatlandırılıblar.

Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster brifinqdə nümayəndələri salamlayaraq, onlara oyunlar haqqında məlumat verib və bu ilin 12-22 may tarixlərində Bakıda gerçəkləcək IV İslam Həmrəyliyi oyunlarının son yenilikləri haqqında danışıb. Pol Foster: “Əminik ki, IV İslam Həmrəyliyi oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu oyunlara marağın yaranmasında,  onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Məhz bu səbəbdən oyunlarla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır.”

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya Komitələrinin İslam Oyunlarında oynadığı rollar barədə danışarkən qeyd edib ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunları zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək. Könül Nurullayeva: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edəcəyik.”

Frame.az 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!