Disney/Pixarın “Dorinin Axtarışında” animasiya filmi haqqında maraqlı faktlar.
Disney/Pixar-ın “Dorinin axtarışında” animasiya filminin yaradılması üçün animator-rəssamlara 289240840 əsaskadr etmək lazım gəlib.
Montaj şöbəsinə 103639 seçilmiş kadr təqdim olunub (“Oyuncaqların əhvalatı 3” animasiya filmi üçün 49651 seçilmiş kadr hazırlanmışdı).
Animatorlar komandası tərəfindən filmdə cəmi 6 səhnənin tərtibatı üçün 26705 unikal koral hissəsi yaradılmışdı.
Dəniz Həyatı İnstitutunda “Açıq okean” sərgisində 16091 balıq təqdim edilmişdi.
Səkkizayaqlı ilbiz Xenkin personajının modelləşdirilməsi üçün riqqinq mərhələsində 11041 alqoritm yaradılmışdı (adətən bir personajın yaradılması üçün 20 belə alqoritmdən istifadə olunur).
Skatların miqrasiyası səhnəsində 5000 skat təsvir olunub.
Dəniz Həyatı İnstitutunda 1108 balıq karantindədir.
Dəniz Həyatı İnstitutundakı sərgidə 746 ziyarətçi qonaq qismində iştirak edir.
Səkkizayaqlı ilbiz Xenkin bədənində 350 sorucu orqan vardır – hər qolunda 50 sorucu orqan.
Okeandakı hər aktiniyanın ortalama 319 qolu var.
Səkkizayaqlı ilbiz Xenkin xarici görünüşünün və artikulyasiyasının yaradılması üçün texniki komandaya 118 həftə tələb olunub.
Dəniz Həyatı İnstitutunun 83 əməkdaşı filmdə görünür.
Ekran vaxtının 51 dəqiqəsi çoxlu sayda personajın iştirak etdiyi səhnələrə ayrılıb (Pixar-ın digər filmlərində bu cür səhnələrə ortalama iki dəfə az vaxt ayrılır).
Dəniz Həyatı İnstitutunun hüdudlarından kənardakı yosun meşəsinin hər sahəsinin ortalama 45 saplağı var.
Səkkizayaqlı ilbiz Xenkə əlavə tekstura və rəng effekti vermək üçün onun kölgələnməsi üçün 22 həftə sərf olunub, bu həm də ona yerləşdiyi səthə uyğunlaşaraq maskalanmağa imkan verməli idi (personajın cızılmasına ortalama 8 həftədən az olmayaraq vaxt sərf olunur).
“Nemonun axtarışında” animasiya macərasının ekranlara çıxmasından 13 il keçib.
“Nemonun axtarışında” filmi Amerika kinoakademiyasının “Oskar” mükafatının 4 nominasiya üzrə qalibi olub. Film “Ən yaxşı animasiya filmi” kateqoriyasında qalib gələrək Pixar studiyasının bu fəxri mükafatı qazanmış ilk filmi olub.
Park Cinema.