“Döngə” sənədli filmi təqdim olundu
İyun ayının 25-də, saat 17.00-da “CinemaPlus Azerbaijan” kinoteatrında “Əsa” teatrı və onun əməkdaşlarının fəaliyyəti, həyat əhvalatlarından bəhs edən “Döngə” sənədli filminin təqdimat mərasimi keçirilib.
“Əsa” teatrı fiziki məhdudiyyətli və heç bir əlilliyi olmayan insanların birlikdə çıxış etdikləri teatrdır. Filmdə “Əsa” teatrının fəaliyyəti ilə yanaşı, qəhrəmanlar öz həyat hekayələrini, məşğuliyyət və maraq dariələrini tamaşaçıları ilə bölüşürlər.
“Döngə” sənədli filmi təqdimat mərasimində tanınmış simalar, içtimayi şəxslər,media nümayəndələri həmçinin aktyorlar və onların ailələri də iştrak edib.Aparıcının açılış nitqindən sonra “Döngə” sənədli filmin nümayiş olunub.Daha sonra veteran futbolçu Tərlan Əhmədov izləyicilərnən fikrini bölüşüb eyni zamanda o filmdə də rol alıb.Sonra Fizuli Musayev və Mabud Məhərrəmovda filmlə bağlı fikirlərini deyiblər. Sonda isə müəllif qəhrəmanları səhnəyə dəvət edib və bu işin ərsəyə gəlməsi üçün göstərdikləri səy üçün təşəkkürünü bildirib.
Qeyd edək ki filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevadır və film müəllifin təşəbbüsü ilə əryəsə gəlib. Rejissor eyni zamanda insanlara biganə yanaşmamağa və fərqləri deyil, istedadları görməyə çağırır. Həmçinin məhdudiyyəti olan insanların cəmiyyətə olan mesajlarınıda film vasitəsi ilə çatdırmağa çalışıb. Filmin quruluşçu operatoru Yusif Şəfiyev, prodüseri Tamerlan Hüseynovdur.
“Döngə” sənədli filminin PR, eyni zamanda beynəlxalq festivallara təqdim edilməsi üçün ingilis dilində subtitrlərinin hazırlanması “AzerNewMedia” tərəfindən həyata keçirilir.
“Döngə” sənədli filminin yayım dəstəkçisi “CinemaPlus” Kinoteatrlar Şəbəkəsidir.
Frame.az