IqtisadiyyatTəqdimatƏn Son

Dövlət Agentliyinin sədri“SAP SE” şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “SAP SE” şirkətinin İctimai Xidmətlər üzrə vitse-prezidenti Natalia Panina ilə görüşüb.

Elektron Hökumətin İnkişafı Mərkəzində keçirilən görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Həmçinin diqqətə çatdırılıb ki,  ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!