Ən Son

Dünya Çempionatı 2018 (Seçmə Mərhələ Avropa Zonası)

A Qrupu: İsveç – Lüksemburq 8:0 Belarus – Hollandiya 1:3 Bolqarıstan – Fransa 0:1 Qrupun lideri “Fransa” seçməsi “Bolqarıstan” səfərindən 3 xalla qayıdıb. 0:1 hesabı ilə qələbə qazanan Fransızlar xallarının sayını 20-yə yüksəldib. İsveç – Lükemburq matçında gözlənildiyi kimi meydan sahibləri böyükkhesablı qələbə qazanıb 8:0. Belarus – Hollandiya oyunu qonaqların qələbəsi ilə başa çatıb 1:3

B Qrupu: Farer Adaları – Latviya 0:0 İsveçrə – Macarıstan 5:2 Andorra – Portuqaliya 0:2 Son Avropa Çempionu “Portuqaliya” millisi “Andorra” səfərinə yollanmışdı. İlk hissəsi qolsuz bərabərə sona çatan qarşılaşmanın 63-cü dəqiqəsində hesab açılıb. “Real Madrid” klubunun futbolçusu Kriştiano Ronaldo yaxın məsafədən endirdiyi zərbə dəqiq olub 0:1. Görüşün sonuna dörd dəqiqə qalmış Andre Silva ikinci topu meydan sahiblərinin qapısından keçirib 0:2. Qrupun lideri “İsveçrə” yığması doğma meydanda “Macarıstan” seçməsindən güclü olub 5:2. Farer Adaları – Latviya matçı başladığı kimi də yekunlaşıb 0:0.

C Qrupu: Azərbaycan – Çexiya 1:2 San Marino – Norveç 0:8 Şimali İrlandiya – Almaniya 1:3 Son Dünya Çempionu “Almaniya” yığma komandası səfərdə Şimali İrlandiya’nı 1:3 hesabı ilə məğlub etməklə qrupda keçirdiyi 9-cu oyununda 9-cu qələbəsini qazanıb. Millimiz Bakı Olimpiya Stadionunda keçirilən oyunda Çexiya’ya 1:2 hesabı ilə məğlub olub. San Marino – Norveç qarşılaşması 0:8 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.

D Qrupu: Gürcüstan – Uels 0:1 İrlandiya – Moldova 2:0 Avstriya – Serbiya 3:2 D qrupunun lideri “Serbiya” millisi səfərdə Avstriya’ya 3:2 hesabı ilə yenilib. İrlandiya – Moldova oyununda meydan sahibləri qələbəni bayram edib 2:0. “Uels” seçməsi səfərdə Gücüstan’dan üstün olub 0:1.

E Qrupu: Ermənistan – Polşa 1:6 Rumıniya – Qazaxıstan 3:1 Monteneqro – Danimarka 0:1 Qrup lideri “Polşa” millisi Ermənistanı səfərdə 1:6 hesabı darmadağın edib.”Bavariya” klubunun hücumçusu Levandovski görüşdə het-trik edib. Rumıniya – Qazaxıstan matçında hesab 33-cü dəqiqədə açılıb. Bu desku Rumınları hesabda önə çıxarıb 1:0 cəmi beş dəqiqə sonra Budesku penalti zərbəsini dəqiq yerine yetirərək özünün və komandasının ikinci topunu vurub. Oyunun 73-cü dəqiqəsində Keseru üçüncü topu “Qazaxıstan” millisinin qapısına vurub 3:0. 82-ci dəqiqədə Turisbek fərqi azaldıb. Qalan dəqiqələrdə hesab dəyişməyib 3:1 hesabı ilə qələbə qazanan “Rumıniya” millisi xallarının sayını 12-yə yüksəldib.

F Qrupu: İngiltərə – Sloveniya 1:0 Şotlandiya – Slovakiya 1:0 Malta – Litva 1:1 İngiltərə – Sloveniya matçının taleyini bir qol həll edib. Keynin 90-cı dəqiqədə vurduğu qol meydan sahiblərinə qələbə gətirib. Bu qələbə sayəsində “İngiltərə” seçməsi 2018-ci ildə keçiriləcək Dünya Çempinatına vəsiqəni rəsmiləşdirib. Şotlandiya – Slovakiya oyunu da 1:0 hesabı ilə meydan sahiblərinin qalibiyyəti ilə sonuclanıb. Qrupun autseydərləri olan “Malta”və “Litva” seçmələrinin qarşılaşması 1:1 hesabı ilə heç-heçə başa çatıb.

G Qrupu: İspaniya – Albaniya 3:0 İtaliya – Makedoniya 1:1 Lixtenşteyn – İsrael 0:1 Rusiyalı hakim Aleksey Yeskov’un idarə etdiyi İspaniya – Albaniya oyunu 3:0 hesabı ilə İspanların qələbəsi ilə başa çatıb. “İtaliya” doğma meydanda “Makedoniya” ilə heç-heçə edib 1:1. Lixtenşteyn – İsrael matçı qonaqların 0:1 hesablə qələbəsi ilə yekunlaşıb.

H Qrupu: Bosniya-Hersoqovina – Belçika 3:4 Kipr – Yunanıstan 1:2 Cəbəllütariq – Estoniya 0:6 H qrupunda keçirilən hər üç oyun qonaqların qələbələri ilə başa çatıb. “Bosniya-Hersoqovina” yığması öz meydanında qrupun lideri Belçika’nı qəbul edib. 3:4 hesabı ilə məğlub olan meydan sahibləri turnir cədvəlində 1 pillə geriləyərək 3-cü yerə enib Kipr – Yunanıstan matçı qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. “Cəbəllütariq” doğma meydanda “Estoniya” seçməsinə 0:6 hesabı ilə məğlub olub.

İ Qrupu: Türkiyə – İslandiya 0:3 Xorvatiya – Finlandiya 1:1 Kosova – Ukrayna 0:2 “Xorvatiya” gözlənilmədən “Finlandiya” ilə oyunda xal itkisinə məruz qalıb. 57-ci dəqiqədə Yuventus’un forvardı Mandzukiç’in vurduğu qolla hesabda önə keçən Xorvatlar 90-cı dəqiqədə Soiri’nin vurduğu qola əngəl olamayınca qələbəni əldən verib 1:1. “Türkiyə” son Avropa Çempionatı iştirakçısı “İslandiya” millisinə müqavimət göstərə bilməyərək 0:3 hesabı ilə məğlub oldu. Andrey Şevçenko’nun çalışdığı “Ukrayna” seçməsi səfərdə Kosova’dan güclü olub 0:2.

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!