Dünya Çempionatı 2018 Seçmə Mərhələ
A Qrupu: Bolqarıstan – İsveç 3:2 Fransa – Hollandiya 4:0 Lüksemburq – Belarus 1:0 Qrupun lideri “Fransa” yığmaa komandası öz meydanında Hollandiya’nı 4:0 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Bolqarıstan – İsveç matçın da Bolqarlar 3:2 hesabı ilə qələbə qazanıb. “Lüksemburq” doğma meydanda “Belarus” millisini Da Mota’nın 60-cı dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra “Fransa” millisi 7 oyuna 16 xal toplayaraq qrupda ilk pillədəki yerini qoryub. Ondan üç xal geri qalan “İsveç” ikincidir.
B Qrupu: Macarıstan – Latviya 3:1 İsveçrə – Andorra 3:0 Portuqaliya – Farer Adaları 5:1 Son Avropa Çempionları “Portuqaliya” millisi gözlənildiyi kimi çətinlik çəkmədən Farer Adaların’a qalib gəlib 5:1. Qrupun lideri “İsveçrə” yığma komandası Andorra’nın qapısından 3 cavabsız top keçirib. Macarıstan – Latviya qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 7 oyuna maksimum xal toplayan “İsveçrə” birinci yerdə qərarlaşıb.
C Qrupu: Çexiya – Almaniya 1:2 Norveç – Azərbaycan 2:0 San Marino – Şimali İrlandiya 0:3 Norveç’in qonağı olan yığma komandamız səfərdən 2:0 hesablı məğlubiyyətlə qayıdıb. Son Dünya Çempionları “Almaniya” millsi çətinliklə də olsa “Çexiya” səfərindən 3 xalla qayıdıb. “Şimali İrlandiya” səfərdə “San Marino” millisinin qapısından 3 cavabsız top keçirib. Aktivində 21 xalı olan “Almaniya” millisi qrup lideridir.
D Qrupu: Gürcüstan – İrlandiya 1:1 Uels – Avstriya 1:0 Serbiya – Moldova 3:0 Serbiya – Moldova matçında meydan sahibləri sevinən tərəf olub 3:0. “Gürcüstan” doğma meydanda “İrlandiya” ilə heç-heçə edib 1:1. “Uels” minimal hesabla Avstriya’ya qalib gəlib. 15 xala sahib olan “Serbiya” millisi D qrupunun vahid lideridir.
E Qrupu: Danimarka – Polşa 4:0 Rumıniya – Ermənistan 1:0 Qazaxıstan – Çernoqoriya 0:3 Rumıniya – Ermənistan matçında Rumınlar 1:0 hesabı ilə qələbə qazanıb. “Danimarka” öz meydanında gözlənilmədən Polşa’nı 4:0 hesabı ilə darmadağın edib. Qazaxıstan – Çernoqoriya oyunu 0:3 hesabı ilə başa çatıb. Aktivində 16 xalı olan “Polşa” millsi qrup lideridir.
F Qrupu: Malta – İngiltərə 0:4 Slovakiya – Sloveniya 1:0 Litva – Şotlandiya 0:3 17000 tamaşaçının izlədiyi Matla – İngiltərə qarşılaşmasında qapılara 4 top vurulub. İlk hissəsi qolsuz başa çatan matçın 53-cü dəqiqəsində hesab açılıb. Delle Alli’dən ötürmə alan Keyn topu Hoqq’un qapısından keçirib 0:1. Görüşün 86-cı dəqiqəsində Rayan Bertrand ikinci topu Maltalıların qapısına vurub 0:2. Oyunun sonlarında İngilislər daha iki qol vuraraq 0:4 hesabı ilə qələbə qazanıb. Slovakiya – Sloveniya matçının müqəddəratını 1 qol həll edib. Görüşün 81-ci dəqiqəsində Mevlya’nın avtoqolu Slovakiya’ya 3 xal qazandırıb.
G Qrupu: İspaniya – İtaliya 3:0 İsrael – Makedoniya 0:1 Albaniya – Lixtenşteyn 2:0 Qrupun mərkəzi matçı Madrid’də baş tutub. Öz meydanında “İtaliya” millisini qəbul edən İspanlar rəqibinə heç bir şans verməyib 3:0. “İsrael” yığması gözlənilmədən öz meydanında Makedoniya’ya 0:1 hesabı ilə məğlub olub. Albaniya – Lixtenşteyn matçında Albanlar qələbə qazanıb 2:0. Bu nəticələrdən sonra 19 xal toplayan “İspaniya” millsi qrupun vahid lideri olub.
H Qrupu: Belçika – Cəbəllütariq 9:0 Kipr – Bosniya və Hersoqovina 3:2 Yunanıstan – Estoniya 0:0 “Belçika” millsinin qonağı olan “Cəbəllütariq” rüsvayçı məğlubiyyətə uğrayıb 9:0. “Kipr” öz meydanında “Bosniya və Hersoqovina” millisinə 3:2 hesabı ilə qalib gəlib. Yunanıstan – Estoniya matçında qol səsi çıxmayıb. Oyun başladığı kimi də sona çatıb 0:0.
İ Qrupu: Finlandiya – İslandiya 1:0 Ukrayna – Türkiyə 2:0 Xorvatiya – Kosova ( təxirə salınıb ) Finlandiya – İslandiya matçının taleyini 1 qol həll edib. Görüşün 8-ci dəqiqəsində Aleksandr Rinq’in vurduğu qol “Finlandiya” millisinə qələbə gətirib. İspan hakim David Fernandez’in idarə etdiyi Ukrayna – Türkiyə matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
PƏRVİN BAYRAMOV.
Frame.az