Sosial

Dünya Hemofiliya Günü münasibətilə Milli Dənizkənarı parkda fotosessiya təşkil olundu

Aprelin 15-də “Hemofiliyalı Xəstələr” İB-nin təşkilatçılığı ilə hemofiliyalı pasentləri və onların ailə üzvlərinin iştirakı ilə Milli Dənizkənarı parkda Dünya Hemofiliya Gününə həsr olunmuş fotosessiya təşkil olundu.
Tədbirdə iştirakına görə dəyərli Millət vəkili Qənirə Paşayevaya və Bakı Şəhər Halqası (2017 Formula 1 Azərbaycan Qran Prisi) tərəfindən hemofiliyalı pasentlərinə və onların ailə üzvlərinə təqdim olunan hədiyyələrə görə dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının və onun xanımı, 1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlar yüksək keyfiyyətli dərman preparatları ilə müalicə olunur, təhsil alır, işləyir və ailə qururlar. Bir sözlə onlar sağlam həyat tərzi sürürlər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!