Dünya şöhrətli tenor Alessandro Safina’nın imzalı ulduzunun təntənəli açılış mərasimi keçirilib
Sea Breeze istirahət mərkəzinin “Şöhrət Xiyabanı” (“Walk of Fame Sea Breeze”) ulduzlar xiyabanında daha bir dünya şöhrətli, İtalıya mədəniyyətinin parlaq ulduzlarından biri olan estrada və opera ifaçısı Alessandro Safinanın “Ulduzu” qoyuldu.
Emin Ağalarovun dəvəti ilə Baklya təşrif buyurmuş Alessandro Safina “Ulduz” mərasimindən sonra onu seyr etməyə gələn çox sayda pərəstişkarına geniş repertuarlı unudulmaz bir musiqili gecə bəxş edib.
“Bakıda yenidən çıxış etməkdən çox xoşbəxtəm. Bu axşamı bizimlə keçirməyə qərar verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm! Və sizin üçün bu gözəl musiqiçilərlə birlikdə möhtəşəm konsert proqramı hazırlamışıq, ümid edirəm ki, bəyənəcəksiniz!” – Alessandro Safina deyib.
Müğənni ona dünya şöhrəti gətirən “Luna” adlı hit mahnısını və digər əsərlərini ifa edib.
Emin Ağalarov isə Elvis Preslinin “Can’t Help Falling In Love” mahnısını ifa edərək, tamaşaçıları sevindirib. Lakin gecənin ən yaddaqalan məqamı Müslüm Maqomayevin Safina və Ağalarovun ifasında səslənən “Mavi əbədiyyət” mahnısı oldu.
İtaliyalı müğənninin sözlərinə görə, bu mahnını ilk dəfə maşında gedərkən, başqa konsertdən otelə qayıdarkən eşidib:
“Sadəcə, bu bəstəyə aşiq oldum və o vaxtdan Müslüm Maqomayev mənim sevimli azərbaycanlı müğənnimə çevrildi. Mən Eminə təklif etdim ki, “Mavi əbədiyyət”i italyan dilində təkrar oxusun. O, razılaşdı və mən böyük məmnuniyyət və qürurla italyan variantının mətnini yazdım, indi sizə təqdim edəcəyik!”.
Tamaşaçılar biri italyan, digəri rus dilində oxuyan iki ifaçının duetini heyranlıqla qarşılayıb. İfaçılar M. Maqomayevin əfsanəvi mahnısına yeni nəfəs verib.
Axşam boyu gözəl aura hökm sürürdü. Bakı tamaşaçılarını fəth edən Alessandro Safinanın melodik və güclü səsi məst etmişdi. Öz növbəsində müğənninin özü də mahnılara fasilə verərək, tamaşaçılara zarafatla müraciət edərək, hava öpüşləri göndərərək, rahat atmosfer yaradıb. Konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Sea Breeze Walk of Famе – Azərbaycanın və dünyanın görkəmli musiqiçilərinə, aktyorlarına, rəssamlarına və digər mədəniyyət xadimlərinə həsr edilən layihədir. Xiyaban, açıq səma altında məşhurların imzalı ulduzlarını təqdim edir. Artıq xiyabanda Müslüm Maqomayev və Tamara Sinyavskayanın ulduzları ilə yanaşı, Engelbert Humperdinck’in və Nani Breqvadzenin ulduzları da quraşdırılıb.