Arxitektura-DizaynFrame LifePR-TanıtımTəqdimat

Dünyaca məşhur “Pierre Cardin” mebel mağazaları şəbəkəsi Bakıda yeni kolleksiyasının təqdimatını keçirib

Frame.az-ın məlumatına görə təqdimatda tanınmış simalar da yer alıblar. Onlar arasında əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Günay İbrahimli, Nura Suri, Səmra Rəhimli, aktrisalar Pərvin Abıyeva, Aysel Nazim, aparıcılar Lamiyə Ələkbərqızı, Vüsalə Səidi və başqaları iştirak edib. Tanınmışlar yeni mebellərlə tanış olub, onlara məhsulların keyfiyyəti ilə bağlı məlumatlar verilib.

“Pierre Cardin” in direktoru Muzaffer Şahinli isə mebel salonu barədə danışıb:

“Brendimiz 46 ildir ki, mebel sektorunda fəaliyyət göstərir. Mebellərin hazırlanması Türkiyədə həyata keçirilir. Yataq, yemək, yumşaq mebel, uşaq otaqları üçün laızm olan avadanlıqların hamısının satışını həyata keçiririk. Fərqimiz məhsullarımızın əl işi ilə hazırlanmasıdır.

Taxtasından boyasına kimi heç bir süni məhsuldan istifadə etmirik. Buna görə də, istediyimiz məhsulu rahatlıqla ortaya çıxara bilirik. Bizim digər mebel salonlarından fərqimiz keyfiyyət, sağlam məhsul və özəl işlərimizdir.

Türkiyədə belə bu məhsulların yarısını tapa bilərsiniz. Salonumuzda satışa çıxarılan mebellər özəl olaraq Bakı üçün hazırlanıb. Bizdə qiymətlər fərqlidir. Ən aşağı və yuxarı qiymətlərə mebel tapmaq mümkündür. Hər məhsulun ayrı bir qiyməti var. Bakıda cəmi bir şöbəmiz fəaliyyət göstərir. İnşallah, bundan sonra 3 şöbəmizi də açmaq niyyətimiz var. İndi 2017-ci ilin yeni kolleksiyasının təqdimatına yığışmışıq. Gecədə bizi tək qoymayan hər kəsə təşəkkür edirəm”.

Telefon: (+994 012) 440 04 44, (+994 051) 440 04 49

Ünvan: Həsən Əliyev küçəsi 40

E- mail: pierrecardinbaku@hotmail.com

İnstagram: pierre_cardin_mobilia_

Facebook: PierreCardinMebel

www.pierrecardinmobilia.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!