Dünyanın ən dadlı yeməklərini hazırlayan hava limanı
Bildiyiniz kimi Yaponiya dünyada bir çox üstünlüklərinə görə öndə gedən ölkədir. Həm texnologiya, həm təhsil, səhiyyə, saymaqla bitməz.
Bugün isə Frame.az olaraq, sizə Yaponiyanın paytaxtı Tokioda yerləşən Narita Beynəlxalq hava limanında hazırlanan qidalar barədə məlumat vermək istəyirik. Narita Hava limanı dünyanın ən yaxşı qidalarını hazırlayan hava limanlarından biridir. Burada sizə təzə dəniz məhsullarından hazırlanmış yeməklər təqdim olunur. Yeməklər çox səliqəli və gözəl bir şəkildə və Yaponiya təcəssüm edən xüsusi qablarda servis olunur. Hətta bəzi yeməklərin 3D şəklində menyusu təqdim olunur. Bu isə sifariş verənlərin yeməyin necə göründüyünü görməsi üçündür. Fotoları sizə təqdim edirik.