Dünyanın ən yaxşı vakansiyası elan olunub
Şotlandiya brendi 2018-ci ildə dünya səyahətinə çıxacaq yeni qlobal ambassador axtarışı üzrə elan dərc edib.
Tərcümeyi hallar, kostyumlar, uzun-uzadı müsahibə mərhələləri və “Biz sizə zəng vurarıq” kimi standart ifadələri unudun. Arzularınızın vəzifəsini əldə etmək üçün dünyada ən yaxşı müsahibədə iştirak edəcəksiniz –xüsusi tapşırıqla üç ölkəyə səyahət etmək lazım olacaq.
25 yaşına çatmış hər kəs bu müsabiqədə (avqustun 1-dən 31-dək) iştirak edə bilər. İlkin mərhələdə namizəd gələcəkdə tanış olacaq dostları üçün 3 inqrediyentdən ibarət kokteyl hazırlamalıdır. Mütləq istifadə olunacaq inqrediyent məhz “Grant’s” viskisidir, digər iki inqrediyent də iştirakçının şəxsiyyəti ilə bağlı olmalı, onun haqqında xəbər verməlidir.
İştirak üçün ərizələri şirkətin sаytında yerləşdirmək və yaxud da “Instagram” və “Facebook” səhifələrində kokteylin şəkli və təsvirini #GrantsInterview haşteqi ilə paylaşmaq olar.
İkinci mərhələdə 20 namizəd Şotlandiyaya xüsusi təlim keçməyə yollanacaq, üç ən uğurlu namizəd isə xüsusi müsahibəyə dəvət alacaq. Viski ilə doldurulmuş bir çamadanı əllərinə alaraq qəhrəmanlarımız Polşadan Tayvana kimi 10 gün ərzində 3 ölkəni gəzib-dolanmaqla brend-ambassador rolunda özlərini sınamağa cəhd göstərəcəklər!
Qalib sözü gedən vəzifəyə sahib olacaq və 2018-ci il ərzində bütün xərcləri qarşılanmış dünya səyahətinə çıxacaq. Bu səfər 1909-cu ildə Çarlz Qrant Qordon (distilleriyanın banisi olan Vilyam Qordonun kürəkəni) tərəfindən həyata keçirilmiş macəranın təkrarı olacaq.
Brend-ambassador necə bir adam olmalıdır? Bacarıqlı, xarizmatik, istedadlı, gözəl yazı qabiliyyətinə malik, miksologiya sahəsini və səyahətləri sevən bir insan olmalıdır.
“Mən əsl hekayəçiləri, müxtəlif mədəniyyətlərə qarşı hörmətlə yanaşan insanları axtaracam. Müasir cəmiyyətdə bir çox insanlar ofis cədvəli kimi işlərdən uzaq durmağa çalışır. Bu vakansiya da özündə səyahət etməyi, azadlığı, sərbəstliyi və yaxşı əmək haqqını birləşdirir! Ona görə də biz istəyirik ki, müsahibə prosesi də cəlbedici brend-ambassador vəzifəsinə uyğun olsun”, – deyə qlobal brend-direktor Oliver Dikson namizədlərə qarşı olan gözləntilərini şərh edib.
Namizədlərə qarşı tələblər haqqında bu keçiddən öyrənmək mümkündür.
Əgər bu hələ müsahibədirsə, təsəvvür edin ki, işin özü nədən ibarət olacaq #GrantsInterview.
Frame.az