Dünyanın məşhur parfümeri Bakıdadır
L’oreal, Loccitane, Coty, Natura, O Boticario, Dalli Group və s. şirkətlər üçün mükəmməl ətirlərin və parfüm kompozisiyaların yaradıcısı olan, dünyaca məşhur parfümer Paulo Moraes Bakıdadır.
P.Moraes artıq 20 ildən çoxdur ki, tanınmış ətir brendləri ilə işləyir və İsveçrənin parfüm kompozisiyaların istehsalçısı “Luzi AG” şirkətinin ekspertidir. Paulo Bakıya “Luzi AG” şirkətinin Azərbaycan nümayəndəliyinin dəvəti ilə gəlib və ölkəmizdəki parfüm şirkətləri üzrə tərəfdaşlara treninqlər keçəcək. “Ətirləri duymaq və sensor texnologiyası” mövzusunda treninqlər oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək və Azərbaycanın parfüm şirkətlərinin əməkdaşları “ətirlərin psixologiyası”nı, istehsal texnologiyasını və parfüm kompozisiyalarında inqrediyentləri müəyyən etməyin üsullarını öyrənəcəklər. İştirakçılara ətri qoxulamaq vaxtı, bunun üçün müəyyən olunmuş piramida strukturu və iybilmə (olfaktor) ardıcıllığı izah olunacaq. Paulonun fikrincə: “elə yer var ki, orada qeyri-adiliklər baş verir: qaynar və soyuq, struktur, rəng, hiss, arzu, ehtiras….bunların hamısı isə ətirdə cəmləşib”.
Bir sözlə, “Luzi AG” şirkətinin tərəfdaşları üç gün ərzində dünyanın ən məşhur parfüm kompozisiyaların əhatəsində onların hər birini hiss etmək, iybilmə texnologiyaları ilə tərkibindəki inqrediyentləri müəyyənləşdirmək bacarıqlarına yiyələnəcəklər.
Şirkət haqqında:
“Luzi AG” şirkəti Avropanın ən qədim ətriyyat istehsalçılarından biridir. Şirkət doxsan illik fəaliyyət tarixi dövründə ən tanınmış parfüm brendləri ilə çalışır. “Luzi AG” 1926-cı ildə yaradılıb və mərkəzi ofisi Sürixdə (İsveçrə) yerləşir. Dünyanın 100-dən çox ölkəsində Luzi öz nümayəndəliklərini açıb. Şirkət il ərzində 1700 tondan yuxarı parfüm xammalı istehsal edir. Hər il Luzi parfümerləri tərəfindən 900-dən çox uğurlu parfüm kompozisiyaları hazırlanır. 2014-cü ildən şirkət öz məhsullarının istehsalını sürətlə artırmağa başlayıb və 2017-ci ilin fevral ayında Bakıda regional nümayəndəliyini açıb.
Frame.az