Ekologiya və Təbii Sərvətlər Nazirliyində Aİ-nın maliyyə dəstəyilə həyata keçirilən Tvinninq Layihəsinin bağlanış mərasimi
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təqribən 1.4 milyon avro büdcəyə malik “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” Tvinninq Layihəsinin bağlanış mərasimi 23 apreldə baş tutdu və tədbir zamanı layihənin naliyyətləri və əsas nəticələri iştirakçıların diqqətinə çatdırıldı.
Tədbirin ümumi məqsədi: Tvinninq layihəsi Azərbaycanda ətraf mühitin, xüsusilə də hava keyfiyyətinin monitorinqinin yaxşılaşdırılmasına öz töhfəsini vermişdir.
Tvinninq layihəsinin məqsədi strateji ekoloji siyasətin planlaşdırılması və uyğunluğa nəzarəti dəstəkləyən yüksək keyfiyyətli məlumatların təmin edilməsi ilə ekoloji monitorinq sisteminin gücləndirilməsi olub.
Layihənin müddəti: 30 ay, 1.11.2016–30.4.2019
Benefisiar qurum: Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
Üzv Dövlət qurumları: Finlandiya Meteorologiya İnstitutu (FMI), Finlandiya Ətraf Mühit İnstitutu (SYKE), Avstriyanın Ətraf Mühit üzrə Agentliyi, (UBA),
Latviya Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzi (LEGMC)
Çıxış edən şəxslər: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nazir müavini,
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri, Elçi-Müşavir xanım Simona Gatti,
Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Juris Maklakovs və digər yüksək səviyyəli şəxslər, benefisiar qurum və tərəfdaş Aİ-na üzv ölkələr- Finlandiya, Avstriya və Latviyadan aparıcı mütəxəssislər,
Müvafiq dövlət qurumları, sənaye müəssisələri, digər Tvinninq layihələri, ali təhsil müəssisələrinin nümayəndələri layihənin bağlanış tədbirinə qatılacaqlar.
Frame.az