EventsSəyahətTəqdimat

Ekoloji İncəsənət

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə “Ekoloji İncəsənət” layihəsinə start verilir.

Layihənin əsas məqsədi:

Layihənin keçirilməsində əsas məqsəd gənclərin ekoloji sahədə maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında gənclər arasında informasiyanın yayılmasına dəstək olmaqdır. Həmçinin tullantıların təkrar emalı və onlardan hazırlanan incəsənət nümunələrini gənclərə nümayiş etdirmək əsas məqsədlərdən biridir.
Qeyd edək ki, layihə ərzində 3 gün seçilmiş gənclərə ekoloji mövzularda müxtəlif təlim və seminarlar keçiriləcək və sonda tullantılardan hazırlanmış sənət nümunələrindən ibarət sergi keçiriləcəkdir.

Layihənin keçirilmə tarixi: 20-22-24-25.09.16
Son müraciət tarixi: 17.09.2016
Ərizə forması:
https://goo.gl/forms/etWCm3L7bhj4xX462

İştirakçıların seçim meyarı :
• Yaş məhdudiyyəti: 14-29
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
• Yüksək motivasiyalı olmalı
• Ekologiya sahəsində məlumatlı olmalı

Qeyd: Seçimlər online müraciət əsasında aparılacaq. Sonda iştirakçılara sertifikat veriləcək.

Əlaqələndirici şəxs: Aydan Qasımova
Email: aydan.gasimova@yahoo.com
Telefon: +994553277504

Frame.az14370217_1109194299160741_3153146572057728096_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!