EkologiyaTəqdimat

Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib

Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İşçi Qrupun rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ölkədə ekoloji mühitin qorunması, uzun illər ərzində yaranmış ekoloji problemlərin həlli, resurslardan səmərəli istifadənin təmin olunması və ekoloji təmiz texnologiyaların tətbiqi kimi mühüm vəzifələrin qarşıya qoyulduğu vurğulanıb. İşçi Qrupun üzvlərinin təklifləri dinlənilib və qrupun fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!