Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib
Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə nazir Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov çıxış edərək federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.
Konfransda, həmçinin Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.
Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.