EventsTəqdimat

Emin Aslanovun “Səttar dünyası” portretlər silsiləsinin açılışı keçirilmişdir

2016-cı il dekabrın 15-də Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 107 il ötdü. Bu əlamətdar hadisə ilə bağlı Səttar Bəhlulzadənin ev-muzeyində muzeyin veb-saytının (bahlulzade.az) təqdimatı və gənc rəssam Emin Aslanovun “Səttar dünyası” portretlər silsiləsinin açılışı keçirilmişdir.

Tədbirdə AR Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Nazirliyin bədii tərtibat üzrə eksperti Etibar Qocayev, İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Suraxanı rayon İcra hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, rəssam və sənətşünaslar, S.Bəhlulzadənin həyat və yaradıcılığı ilə yaxından maraqlananlar, KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan ev-muzeyinin direktoru İradə Abdinova qonaqları salamlamış, görkəmli rəssamın Azərbaycan təsviri sənətindəki yerindən, mədəniyyətimizdəki əvəzsiz xidmətlərindən danışmışdır. Tədbirdə AR Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycanın Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış etmişlər. Çıxışçılar informasiya texnologiyalarının muzeylərdə tətbiqini müsbət hal kimi qiymətləndirmişlər. Səttar Bəhlulzadənin obrazının bir çox rəssam və heykəltəraşlar tərəfindən təsvir olunmasından danışmış, bu baxımdan gənc rəssam E.Aslanovun “Səttar dünyası” silsiləsini yaratmasının heç də təsadüfi olmadığını, kompyuter qrafikası ilə işlənmiş əsərlərin rəssamın obrazını yeni rakursdan görməyə imkan verdiyini söyləmişlər.

Rəsmlərin təqdimatından sonra ev-muzeyinin direktoru İ.Abdinova E.Aslanova təşəkkürnamə və hədiyyə təqdim etmişdir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!