IqtisadiyyatTurizmTəqdimat

ETX tərəfindən “AzerGold”da kibertəhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən “AzerGold” QSC-də qurumun əməkdaşları üçün maarifləndirmə tədbiri təşkil olunub.

Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, tədbirin məqsədi elektron resurslara qarşı rəqəmsal risklərin qlobal səviyyədə vüsət aldığı bir şəraitdə potensial təhlükələri müəyyənləşdirmək, onları proaktiv şəkildə aradan qaldırmaq, kibertəhlükələrdən qorunmaq məqsədilə məlumatlılığın artırılması olub.

Ümumilikdə 30 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları “Kibertəhlükəsizliyin təməlləri” və “Onlayn mühitdə kibertəhlükəsizlik” mövzularında çıxışlar ediblər.

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşları potensial təhdidlərdən qorunmaq, eləcə də gələcək kiberhücumlardan daha yaxşı müdafiə oluna bilmək üçün kiberhücum motivləri və üsulları, mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verib və sualları cavablandırıblar.

Məlumatlılıq səviyyəsi və təlimin effektliliyinin ölçülməsi üçün test tapşırıqları icra edilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!