Təqdimat

“Excelsior Hotel& Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir

Daim öz müştərilərinin rahatlığını düşünən“Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat  xidmətigöstərir.Oteldə keçirilən tədbirlərə iştirakçıların  və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir.

Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında“Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və  səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku”otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.“Excelsior Hotel & Spa Baku” otelinə 496 8000 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!