EventsTəqdimat

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə tələbələr üçün təlim keçirildi

25 yanvar 2017-cı il tarixində “Excelsior Hotel  & Spa Baku”  otelinin dəstəyi ilə turizm sahəsində təhsil alan  tələbələr üçün  “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma”  mövzusunda təlim keçirildi.  Təlim  “AtaHolding”   əməkdaşı  Elməddin Hüseynov tərəfindən aparıldı.  Təlimdə  fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin  monitorinqi  və  davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat verildi. Təlim iştirakçıları arasında fəaliyyətin planlanması, biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirildi.

Məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi  ilə bağlı məsələlərə toxunuldu. Elməddin  Hüseynov  bildirdi ki,  tələbələr  təlimə böyük maraq göstərdilər  və düşünürəm ki, əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar.

“Excelsior Hotel Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 “İmperial” kral otagi, 2 “Royal” suit otaq, 4 “Crown” suit otaq, 45 “Heritage” lüks otaq ve 9 “Duke” standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!