Faydamız OlsunTəqdimat

Expresso qəhvəsi yoxsa Expresso kart? Məlumat bizdən, seçim sizdən

Expressbank özündə maksimum imkanlar birləşdirən – Expresso kartı təqdim edir.
Expresso kart – debet, güzəşt müddətli kredit, depozit, “cash back”, təmassız kart, sərbəst dizayn seçimi olan unikal kartdır.
Expresso kart istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Yəni müştəri istifadə etdiyi məbləği növbətin ayın 5-dək əlavə faiz hesablanmadan ödəyə bilər. Kart üzrə kredit xətti gəlirləri təsdiq edən sənəd əsasında illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.
Expressbank-ın plastik kartları ExpressClub layihəsində iştirak etdiyindən, Expresso kartı ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cash back” qazanırlar. Lakin Expresso kartın imkanları bununla da bitmir.

Expresso kartın digər bir üstünlüyü – təmassız ödəniş imkanıdır. 20 AZN-dək xırda ödənişləri kartı POS-terminala yaxınlaşdıraraq PİN-kod yığmadan aparmaq mümkündür. Bu həm nağdsız ödənişlərin təhlükəsizliyini yüksəldir, həm də müştərilərin vaxtına qənaət edir.

Bütün bunlardan əlavə, kartın hesabını istənilən ExpressPay ödəniş terminalı ilə artırmaq imkanı, pulsuz SMS banking, hesabdakı pulun qalığına illik 3% gəlir və s. əlavə imkanlar bu kartı müştərilər üçün əvəzedilməz edir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!