EventsIqtisadiyyatTəqdimat

Fəlakət Risklərinin Qiymətləndirilməsi üzrə İşçi Qrupun tanışlıq görüşü

Fəlakət Risklərinin Qiymətləndirilməsi (FRQ) qərarvermə və siyasətyürütmə prosesinin mühüm elementidir. Fəaliyyətdən daha geniş məhfum olan bu anlayışı çoxsahəli proses kimi nəzərdən keçirmək olar. Belə ki, onun nəticəsində icmanın üzləşdiyi risklərin əhatəsini və təsirlərini müəyyənləşdirmək, hesablamaq və anlamaq mümkündür. Bu prosesi müxtəlif səviyyələrdə (yerli, milli və regional), müxtəlif məqsədlər üçün (şəhərlərin planlaşdırılması, məkanların planlaşdırılması, fövqəladə halların planlaşdırılması və s.) və vahid, yaxud çoxriskli yanaşma vasitəsilə tətbiq etmək mümkündür.

Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Təbii və Texnogen xarakterli Fəlakətlərin Qarşısının alınması, Hazırlıq və Cavab tədbirləri üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Proqram (PPRD East 2) məqsədlərindən biri Tərəfdaş Ölkələrin risklərin qiymətləndirilməsi üzrə milli metodologiyalarının və təcrübələrinin yaxşılaşdırılmasına yardım etməkdir. Bu istiqamətdə əsas istinadlar PPRD East Proqramı çərçivəsində artıq hazırlanmış və nəticələri iştirakçılara paylanılmış fəlakət risklərinin qiymətləndirilməsi istiqamətində aparılmış iş və fəlakətlərin İdarəolunması üçün Risklərin Qiymətləndirilməsi və Xəritələnməsi üzrə Aİ Təlimatlarıdır. PPRD East 2 Proqramı Tərəfdaş Ölkələrin milli FRQ metodologiyalarının FRQ üzrə Aİ Təlimatlarına uyğunlaşdırılmasına yardım etməyi, Tərəfdaş Ölkələri uyğunlaşdırılmış metodologiyaların həyata keçirilməsi üzrə təlimləndirməyi və daha sonra nəzəriyyə təcrübədə tətbiq edilərkən onlara tövsiyələr verməyi hədəfləyir.

İş əsasən milli səviyyədə təşkil olunmuşdur. Azərbaycanda Fəlakət Risklərinin Qiymətləndirilməsini (FRQ) tənzimləyən ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması məqsədi ilə FRQ üzrə İşçi Qrup yaradılmışdır. Bu məqsədlə 3 may 2018-ci il tarixində Bakıda FRQ üzrə İşçi Qrupun tanışlıq görüşü baş tutmuşdur. Azərbaycanda fəlakət risklərinin qiymətləndirilməsində iştirak edən əsas qurumlar – Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Hidrometeorologiya Departamenti, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Milli Geoloji Kəşfiyat Xidməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti  – görüşdə iştirak etmişlər. Fəlakət Risklərinin Qiymətləndirilməsi sahəsində cari vəziyyətə dair təqdimat edilmiş və müzakirələr aparılmış görüşdə ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması üçün zəruri olan növbəti addımlar da razılaşdırılmışdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!