“Cinemaplusda”-da Xalq artisti Faiq Ağayevin “Gözüm dəyməsin sənə” klipinin təqdimatı keçirilib
“CinemaPlus Gənclik Mall”-da Xalq artisti Faiq Ağayevin ifa etdiyi, musiqisi Nadir NəğdPula, sözləri Cavid Şahbazbəyova az məxsus olan “Gözüm dəyməsin sənə” mahnısına hazırlanan klipin təqdimatı keçirilib.
Frame.az xəbər verir ki, çəkiliş müddəti ümumilikdə 29 saat, klipin hazırlanması isə bir aya başa gəlib. Bu klip xalq artistinin rejissor Nail Naiboğlu ilə ərsəyə gətirdikləri ilk ekran işidir. Klipin yaradıcı heyətinə gəlincə isə rej: Nail Naiboğlu, ssenari müəllifi Aleks Anişenko, operator Delee, montajçı Əhməd Əli, rəng korreksiyası Emin Muradov, səs rejissoru isə Teymur Abdullayevdir. Stilistlər Nuranə və Zeynəb/ “İn Studio” və Roman Məmmədov Prodüsser Faiq Ağayevdir. Klipdə baş rolu yazıçı Nərminə Məmmədzadə canlandırıb.
Digər rollarda isə Xalq artisti Murad Dadaşov, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov, Tünzalə Əliyeva, Sona Babayeva, Mirzə Ağabəyli, Nadir NəğdPul, Ramil Nabran, rəqqasə Fatimə və oğlu Hüseyn, stilist Roman Məmmədov, aktrisa Mənsurə Əliyeva və Şahin Hüseynovun rəhbərlik etdiyi “Grifon” rəqs qrupu çəkiliblər. Çəkilişlər “Baku Bizness Factory” ofisində və “Ağ Şəhər” -də həyata keçirilib.
Qeyd edək ki, klip 1 oktyabr tarixindən eksklüziv olaraq Mtv.Azərbaycan kanalında, 6 oktyabr tarixindən isə Faiq Ağayevin rəsmi youtube kanalında, TMB kanalında, Connect kabel televiziyasının efirində, həmçinin yerli Tv-lərdə yayımlanacaq. Təqdimatın təşkilinə “Maya” meksikan restoranı, “Ganja Sharab”, “Banketnaya” araqları və “Gala” şərabları dəstək olub.