EventsFotoqrafiyaSosialTəqdimat

“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib

Yanvarın 19-da Nizami Kino Mərkəzində Azərbaycan Fotoqraflar Birliyi (AFB) tərəfindən çəkilən, qanlı yanvar gecəsini əks etdirən “Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib.

Frame.az xəbər verir ki, filmin ideya müəllifi və rejissoru Fərqanə Qasımlıdır. Filmin çəkilməsində məqsəd arxivdə itib qalan fotoların üzə çıxarılmasıdır.

Tədbirdə çıxış edən AFB-nin sədri Mirnaib Həsənoğlu bildirib ki, film fotoqrafların fotoqraflar haqqında çəkdiyi bir filmdir. Burada 30 il bundan öncə qanlı yanvar gecəsi zamanı 14 fotoqrafın çəkdikləri fotolar əks olunub.

F.Qasımlı deyib: “Bu hadisədən 30 il keçib. Filmdə gördüyünüz hadisələrə mən o zaman qaranlıq otaqdan baxırdım. Burada heç bir yerdə göstərilməyən fotolar nümayiş olunur. Yaranan çətinliklərə baxmayaraq filmin öhdəsindən gəldik”.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!