Baku City CircuitFormula 1

Felipe Massa çox məyusdur

Formula1-də son illərdə braziliyalı sürücülərin sayı azalırdı və Felipe Massanın da karyerasını bitirməsi ilə peletonda Braziliyadan sürücü qalmayıb.

F-1.az xatırladır ki, Braziliya Emerson Fittipaldi, Ayrton Senna, Nelson Pike kimi çempionlar və Felipe Massa, Rubens Barrikello, Karlos Paçe kimi mübariz sürücülər yetişdirib.

Felipe Massa: “Əlbəttə, məyusam. Braziliya Fittipaldi, Pike və Senna kimi sürücülərin hesabına Formula1-in döyünən ürəklərindən biri oldu. Bu, qürurvericidir.

Məni əsas narahat edən şey odur ki, yaxın zamanda hər hansı bir braziliyalı sürücünün Formula1-də çıxışı gözlənilmir. Təbii ki, ölkədə maddi problemlər var və bu, böyük problemdir. Amma hamı bilir ki, yeganə problem deyil. Müasir dövrdə əksər ölkələrdə Formula4 yarışları keçirilir. Bəs Braziliyada niyə belə çempionat olmasın? Buna ehtiyacımız var. Braziliyada Avtomobil Federasiyasının rəhbəri dəyişdi və ümid edirəm ki, gənc sürücüləri yetişdirməyə həvəsləri var. Ölkədə gənclərin kartinqlə məşğul olmasına kömək edəcək heç nə yoxdur. Avropaya getmələrinə kömək edəcək yerli kateqoriya yoxdur. Bu sahələrdə inkişaf getməlidir”.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!