IqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı

Bolqarıstanın Şumen şəhərində onlayn formatda informatika fənni üzrə 13-cü payız turniri təşkil edilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəblinin qatıldığı olimpiadada nazirliyin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Hüseynova gümüş medal qazanıb.

Xatırladaq ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!